"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçirilib - FOTO

"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçirilib - FOTO
11:27 15 May 2017
Ölkə mətbuatı
A- A+

6-7 May 2017-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Müzeyində "ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçirilib.

Milli.Az bildirir ki, sərgidə rəssamların, heykəltaraşların və əl işləri ustalarının əsərləri nümayiş olunub.

Sərgi, həmçinin "Art Rising" layihəsinin açılışı münasibəti ilə təşkil olunub. "Art Rising"in əsas məqsədi Azərbaycan rəssamlarını təbliğ etmək, onlara müəllif hüquqlarının qorunması ilə bağlı və hüquqi dəstək verməkdədir.

Tədbirdə, həmçinin "Art Rising" layihəsinin veb saytının təqdimatı baş tutub.

Qeyd edək ki, sərgidə 20 gənc və 11 tanınmış rəssamın, 5 heykəltəraşın, 7 əl işləri ustasının, həmçinin 2016-cı il aprel hadisələrində şəhid olmuş Samir Kaçayevin işləri nümayiş olunub.

Sərginin açılışı 19:00-da olub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/544879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR