Yerevan meri olmağa namizəd: "Rüşvət paylanması prosesində Ermənistan prezidentinin göstərişi ilə polis rəisi iştirak edir"

Yerevan meri olmağa namizəd: "Rüşvət paylanması prosesində Ermənistan prezidentinin göstərişi ilə polis rəisi iştirak edir"
11:47 15 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Ermənistanda rüşvət verilməsi ilə bağlı geniş yayılmış problem var.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Yolk" blokundan Yerevan meri olmağa namizəd olan Nikol Paşinyan yerli jurnalistlərə bildirib.
N.Paşinyan "Yolk" blokunun Yeravanın Ağsaqqallar Şurasına seçkilərdə qələbə qazanacağına ümidvar olduğunu qeyd edib.
"Seçicilərə rüşvət vermədən Respublika Partiyasının nəinki bu seçkilərdə, ümumiyyətlə, bütün seçkilərdə heç bir şansı yoxdur", - o deyib.
Onun sözlərinə görə, blokun rüşvət verilməsinə dair xeyli sayda dəlili, faktları, materialları və şahidləri var.
"Bizdə yalnız seçicilərin səsinin satınalınmasına dair sübutlar yox, həm də rüşvət verilməsi prosesində başda polis rəsisi Vladimir Qasparyan olmaqla polisin də iştirak etdiyinə dair sübutlar var. Özü də o, birbaşa Ermənistan prezidentinin göstərişi ilə bu işə cəlb olunub", - N.Paşinyan bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/yerevan-meri-olmaga-namized-rusvet-paylanmasi-prosesinde-ermenistan-prezidentinin-gosterisi-ile-po

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR