Kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazandı

Kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazandı
11:50 15 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazanıb.

Trend-in məlumatına görə, birinci görüşdə Qırğızıstan yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb.

Azərbaycan yığması görüşü 4:1 hesablı qələbə ilə başa vurub.

Növbəti rəqibimiz Özbəkistan komandasıdır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR