Bakıda saxta pul kəsən şəxslər tutuldular

Bakıda saxta pul kəsən şəxslər tutuldular
11:52 15 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.
 
Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR