Aksiz markasız külli miqdarda siqaret müsadirə edilib

Aksiz markasız külli miqdarda siqaret müsadirə edilib
11:55 15 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21074" markalı nəqliyyat vasitəsinə "Nayk" ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5200 ədəd "Marlboro" və 1200 ədəd "Golden Gate" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2754450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR