Richmond Club DJ-də möhtəşəm batl

Richmond Club DJ-də möhtəşəm batl
11:57 15 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

3 iyun 2017-ci il tarixində elektron musiqi həvəskarlarını Richmond Club & Resort, Weagency, GuennolaMusic təşkilatı və Azərbaycan Gənclər İttifaqın dəstəyi ilə keçiriləcək möhtəşəm dicey-batl gözləyir.

Finala keçən ən güclü diceylər burada, 1400 m yüksəklikdə meşənin sükutunu partladaraq, sizə çılğın anlar bağışlayacaq.

Ən müxtəlif üslub və istiqamətlərdə çıxış edən diceylər birincilik uğrunda qızğın mübarizə aparacaqlar. Onların əsas silahı dəlisov setlər və başgicəlləndirici atmosfer olacaq!

Richmond Clubda təkcə professionallar deyil, təcrübəsiz, gənc diceylər də gücünü sınaya biləcəklər.

Şəhərin məşhur diceyləri - DJ Twist, DJ ED, DJ RaSL batla hakimlik edərək, 8 finalçıdan ən güclülərini müəyyənləşdirəcək.

Tədbirin aparıcısı - MC Remo Neal !

Əgər siz elektron musiqi həvəskarısınızsə, əylənib dincəlmək, sevimli diceylərə dəstək olmaq, təbiətin qoynunda, meşədə unudulmaz parti keçirmək, diskotekada "od vurub" rəqs kralı olmaq istəyirsinizsə - onda Pirquluda yerləşən Richmond Club & Resort otelində keçiriləcək yarış - müsabiqə əsl sizin yerinizdir!

Mükafat fondu:
- Birinci yer üçün: 1000 Azn
- İkinci yer üçün: 500 Azn
- Üçüncü yer üçün: 300 Azn

Daha ətraflı məlumat: Battlehttps://www.facebook.com/events/1885948558323080/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR