Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, birinci görüşdə Qırğızıstan yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb.
Azərbaycan yığması görüşü 4:1 hesablı qələbə ilə başa vurub.
Növbəti rəqibimiz Özbəkistan komandasıdır.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində