Parkda FACİƏ: karusel qırıldı, 10 nəfər... - VİDEO

Parkda FACİƏ: karusel qırıldı, 10 nəfər... - VİDEO
12:18 15 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın Oş şəhərindəki parkların birində karusel işlək vəziyyətdəykən qırılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin vaxt karuseldə olan 10 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb. Xüsuslilə də qadınlardan birinin vəziyyəti daha ağırdır: kəllə-beyin travması alıb, ayağının biri qırılıb.

Xoşbəxtlikdən yaralılar arasında uşaqlar yoxdur. İlkin məlumata görə, karuselin qırılmasına səbəb onun nasaz vəziyyətdə olmasıdır. Faktla bağlı araşdırma aparılır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR