Azərbaycanda neft hasilatı 9,5 faiz azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın mədənçıxarma sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 7,5 faiz azalıb. Sənaye məhsulunun 70,5 faizi isə mədənçıxarma sektorunda istehsal olunub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR