"Ana haqqında oxuyub, ağlayanları qəbul eləmirəm"

"Ana haqqında oxuyub, ağlayanları qəbul eləmirəm"
12:37 15 May 2017
106 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Baloğlan Əşrəfov "Lider TV"-də yayımlanan "dostlar, bizi unutmayın" qonağı olub. Milli.Az xəbər verir ki, ifaçı verilişdə bir çox məqamlara toxunub. O, ana haqqında mahnı oxuyaraq, ağlayan həmkarlarına səslənib:

"Müğənni ana haqqında oxuyanda niyə ağlamalıdı ki? Ümumiyyətlə, bütün müğənnilərə səslənirəm, Ana haqqında mahnı oxuyanda dinləyicidən qabaq ağlamaları düzgün qəbul eləmirəm. Bacarırsansa, onun varlığını vəsf elə. Qoy sənə qulaq asanların qəlbi kövrəlsin. Müğənni ağlamamalıdır. Mən ilk dəfə anadan oxuyanda məni qınayanlar da oldu. Bəziləri dedi ki, niyə ana haqqında oxuyursan? O zaman anladım ki, analarını sevməyənlər də var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR