Bakıda İslamiada çərçivəsində idman gimnastikası üzrə final yarışlarına start verildi - FOTO - CANLI YAYIM

Bakıda İslamiada çərçivəsində idman gimnastikası üzrə final yarışlarına start verildi - FOTO - CANLI YAYIM
12:42 15 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müxtəlif qurğularda idman gimnastikası üzrə fərdi final yarışlarına start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün keçirilən yarışlarda 10 dəst medal oynanılacaq.

Azərbaycanı kişi gimnastların yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların yarışında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edirlər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR