İslamiada: idman gimnastikası yarışlarının final mərhələsi başladı

İslamiada: idman gimnastikası yarışlarının final mərhələsi başladı
12:48 15 May 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 15-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası yarışlarının final mərhələsi başlanıb.

Final mərhələsində kişi atletlər sərbəst, paralel qollarda, halqalarda, gimnastika atında, turnikdə hərəkətlərdə, dayaqla tullanmada güclərini sınayırlar. Qadınların yarışı isə sərbəst hərəkətləri, dayaqla tullanmanı, müxtəlif hündürlüklü qollarda, gimnastika tirində hərəkətləri əhatə edir.

İdmanın bu növündə Azərbaycanı kişi gimnastlardan Murad Ağarzayev, Timur Bayramov, Talas Bence, qadınlardan isə Yuliya İnşına, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR