Nazarovun komandasının taleyi öz əlindədir

Nazarovun komandasının taleyi öz əlindədir
12:52 15 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" doğma meydanda "Kayzerslautern"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

"Aue" qələbə sayəsində II Bundesliqada qalmaq uğrunda mübarizədə böyük addım atıb. 39 xalla 13-cü pillədə qərarlaşan komanda son turda "Fortuna"ya uduzmasa, II Bundesliqada qalacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR