"Ana və atam üçün darıxıram"

Azərbaycanın əməkdar artist Zöhrə Abdullayeva sıxıldığını, darıxdığını deyib.

Metbuat.az-a danışan ifaçı ölmək istədiyini deyib:

“Bu dəqiqə ölmək istəyirəm. Həyatı anlayanda, həyatdan köçür insan. Darıxıram, çox darıxıram. Arzum odur ki, oğlumun canı sağ olsun. Tək istəyim budur. İllər keçdikcə insan müdrikləşir.Ata və anam üçün çox darıxıram. Şuşa üçün darıxıram.

Səhnəni sevirəm. İllərimi vermişəm incəsənətə. Nə qədər tələbat var, o qədər də sənətdəyəm. Bir gün insanlar məni görmək istəməsələr, görsəm ki, tələbat yoxdur, özüm səhnədən gedərəm. Həyatım boyu doğru olub, düz danışmışam. Səsimi Allah verib, o da ala bilər”

Qeyd edək ki,müğənni bu sözləri ATV telekanalında yayımlanan "10 DAN sonra" verilişində deyib.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR