Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” keçiriləcək
13:07 15 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək “İnsan hüquqları aylığı” keçiriləcək.
Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
"Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur.
Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunur.
Bununla bağlı Ombudsman dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib", - Ombudsman Aparatından bildirilib.
Qeyd edək ki, hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndləri əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.
Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/ombudsmanin-tesebbusu-ile-i-nsan-huquqlari-ayligi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR