Məşhur qadın aparıcı sevgisi üçün verlişi tərk etdi - FOTO

Məşhur qadın aparıcı sevgisi üçün verlişi tərk etdi - FOTO
13:12 15 May 2017
Ölkə mətbuatı
A- A+

"Sevginin məkanı və vaxtı olmur" deyirlər.

Milli.Az xoşbəxtliyi ölkə xaricində tapıb əcnəbilərlə ailə həyatı quran belə 9 türk məşhuru təqdim edir:

1. Xəbər aparıcısı Nazlı Tolqa hollandiyalı Lavrence D. Brenninkmeyerə ərə gedib.

Hətta sevgisinə qovuşmaq üçün peşəsini və ölkəsini tərk edərək yoldaşının çalışdığı Braziliyaya gedib.

2. Hande Ataizi də əcnəbi ilə ailə həyatı quran məşhurlardandır.

Ataizi və jurnalist yoldaşı Benjamin Havreyin Leo adlı bir oğlu var.

3. Türkiyənin ən yaraşıqlı aktyorlarından Mehmet Günsür ürəyini bir italyan gözələ təslim edib.

Günsür Katerina Monqio ilə evlənib. Cütlüyün üç uşağı var.

4. Serdar Ortaç son illərdə tez-tez xarici gözəllərlə eşqbazlıq edirdi. Sonunda da irlandiyalı Kloe ilə evlənmək qərarı verdi.

5. Məşhur iş adamı Necmettin Eliyeşilin qızı Melissa Faber Kastellin sahibi Çarlz von Faber Kastellə ərə gedib. Cütlüyün toyu aylarla müzakirələrə səbəb olub. Cütlük bir müddət əvvəl körpə sahibi olub.

6. Türkiyədə modellik edən serb əslli İvana Sert iş adamı Yurdal Sert ilə ailə həyatı quraraq İstanbula köçüb. Cütlük daha sonra yollarını ayırıb. İvana Sert bir müddət birlikdə olduğu Sinan Akımandan da ayrılıb.

7. Türk əsilli model Ceren Aykaçın Türkiyədə də yayımlanan "My Name is Earl" serialının ulduzu Ceyson Lii ilə evlenib. Cütlük tez-tez İzmirə gəlib Bulaqda istirahət edirlər.

8. "Ulan İstanbul" serialındakı "Şehriban" obrazını canlandıran Zeyneb Kankonde konqolu Kris Kankondeyə ərə gedib.

35 yaşlı Kankonde yoldaşıyla 23 yaşındaykən tanış olmuşdu. Bir qız uşağı olan cütlük bir müddət əvvəl yollarını ayırmağa qərar verdiyini açıqlayıb.

9. Eda Taşpınarın iş adamı olan əmisi Adnan Beyin yoldaşı İndhira da Dominikan Respublikasında doğulub, böyüyüb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR