Növbəti virtual müharibə: Avropa və ABŞ əlac tapa bilmir

Növbəti virtual müharibə: Avropa və ABŞ əlac tapa bilmir
13:18 15 May 2017
Ölkə mətbuatı
A- A+

Avropa son bir neçə gündür kiber hücumların qarşısını ala bilmir. Hakerlərin yolladığı viruslar şirkətlərin komputer yaddaşında olan önəmli sənədlərin sürətini köçürərək onları naməlum istiqamətlərdə paylayır.

Avropoldan (Avropa Polis Ofisi) BBC-yə verilən açıqlamalarda bu gün səhər saatlarında daha bir neçə kiber hücumun qeydə alındığı bildirilib.

Publika.az xəbər verir ki, hücumlar nəticəsində dünya miqyasında təsirlənən qurumlar arasında İngiltərənin Milli Səhiyyə Xidməti (NHS), Almaniyanın dəmir yolu nəqliyyat şəbəkəsi (Deutsche Bahn), İspaniyanın telekommunikasiya şirkəti (Telefonica), ABŞ-ın nəhəng kuryer şirkəti olan "Fedrx" və Rusiyanın Daxili İşlər Nazirliyi də var.

Hakerlərin kimliyinin müəyyənləşdirilməsi üçün FBI (Amerikanın Federal İstintaq Bürosu) araşdırmalara başlayıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/198825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR