Çayların suyu azalıb

Çayların suyu azalıb
13:28 15 May 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 539 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 297 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 214 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 160 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 18 sm artım, Şirvanda 6, Salyanda 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 sm (2016-cı il mayın 15-də 388 sm), Şirvanda 217 sm, Salyanda 143 sm (2016-cı il mayın 15-də 243 sm), Bankədə 175 sm (2016-cı il mayın 15-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il mayın 15-də 93 sm) təşkil edir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/198840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR