Natavan: "Qürura görə sevgidən vaz keçməyin" - VİDEO

Natavan: "Qürura görə sevgidən vaz keçməyin" - VİDEO
13:37 15 May 2017
95 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Natavan Həbibi "Qayıt geri" adlı yeni mahnısını təqdim edib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi ilk dəfə fank üslubda mahnı oxuduğunu bildirib:

"Fikirləşdik ki, mahnının təqdimatı-video versiyası da fərqli olsun. Mahnının sözlərini "smayliklərlə" ifadə etməyə çalışdıq. Videonun ideya müəllifi də yanımda çalışan Aysu xanıma aiddir. "Qayıt geri" kiçik səbəblərdən ayrılıq yaşayan və qürura yenilib, barışığa cəhd edə bilməyən cütlüklərə həsr olunub.

Bu mahnı ilə sevənləri qürura görə sevgilərindən vaz keçməməyə, həmişə sevib-sevilməyə, sevgi ilə yaşamağa səsləyirəm. Sevmək də, sevilmək də çox gözəl hissdir. Mahnının söz və musiqisi Orxan Qarabasma, Anar RG, aranjimanı isə Nadır Nəğd Pul, Ramin Vəlibəyov, Xalis Xanbeatsə məxsusdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Natavan Həbibi "Qayıt geri"

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR