Metro çəkdilər, qapısı şoranlığa açıldı - DAHA BİR ÇİN QƏRİBƏLİYİ - FOTOLAR

Metro çəkdilər, qapısı şoranlığa açıldı - DAHA BİR ÇİN QƏRİBƏLİYİ - FOTOLAR
13:43 15 May 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Çinin cənub-qərb əyalətlərindən olan Çonqqinq ərazisində maraqlı hadisə baş verib. Tikintisinə milyonlarla dollar ayrılan metro stansiyasının çıxışı yabanı otlarla dolu düzəngah əraziyə açılıb.

Publika.az xəbər verir ki, kənardan metro girişini xatırlatmayan keçidin içi isə sanki hava limanını xatırladır. Ən son texnologiyalarla təchiz olunmuş metro stansiyanın çıxışının şoran əraziyə açılması insanların marağına səbəb olub.

Caojiawan Stansiyasının tikintisi 2015-ci ildə başa çatsa da, nəzərdə tutulan 3 çıxışdan yalnız biri istifadəyə verilib.

Metro stansiyanın şoran əraziyə açılan çıxışından çox istifadə olunmasa da, stansiya hər gün yüzlərlə insanın şəhər mərkəzinə çatmasına xidmət edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR