Koutinyo: "Barselona"dan təklif almamışam"

Koutinyo: "Barselona"dan təklif almamışam"
13:52 15 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyonun "Barselona" ilə danışıqlar aparması barədə söz-söhbətlər İngiltərə mətbuatında tez-tez gündəmə gəlməkdədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı oyunçu "Vest Hem Yunayted"lə oyundan sonra bu məsələyə aydınlıq gətirib.

"Mənim haqqımda danışanda həmişə şad oluram. "Barselona" kimi böyük klubun mənimlə maraqlanması çox xoşdur. Bu, zəhmətimə verilən yüksək qiymətdir. "Barcelona" dünyanın ən güclü komandalarından biridir. Amma onlardan təklif almamışam. Nəsə olsa, agentimə zəng olunardı. Mən isə komandamın qarşısına qoyduğu hədəflərə köklənməliyəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR