“Space”dən Elnarə Xəlilovanın nazirə müraciətinə MÜNASİBƏT

“Space”dən Elnarə Xəlilovanın nazirə müraciətinə MÜNASİBƏT
14:08 15 May 2017
210 Ölkə
Ölkə mətbuatı
A- A+

“Elnarə Xəlilovanın aparıcısı olduğu veriliş “Space”də hazırlanmır. Bizim sadəcə verilişi yayımlamaq üçün Elnarə xanımla müqaviləmiz var”.

Bunu Publika.az-a açıqlamasında “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev telekanlarda yayımlanan “Xanımlar və Cənablar” verilişində aktyorların iştirakına Opera və Balet teatrı rəhbərliyi tərəfindən qadağa qoyulmasına münasibət bildirərkən deyib.

Elnarə Xəlilova o şəxsdən NAZİRƏ ŞİKAYƏT ETDİ: "Mənim Sizdən başqa heç kimim yoxdur"

K.Şahverdiyev bildirib ki, “Xanımlar və cənablar” verilişi “Space”in efirində yayımlansa da, o prodakşn məhsuludur.

“Elnarə Xəlilova ilə müqaviləmiz var, biz sadəcə hazır verilişi yayımlayırıq”.

Opera və Balet Teatrının verilişə dəvətə mənfi cavab verməsinə gəldikdə, K.Şahverdiyev məsələdən xəbərsiz olduğunu deyib: “Bu məsələdən xəbərim yoxdur, xəbəri sizdən eşidirəm. Çünki həmin verilişin bizə aidiyyəti yoxdur, onun mətbəxindən xəbərim yoxdur”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/198848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR