Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir

Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir
14:12 15 May 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin yaradılması zaman məsələsidir, bunun alternativi yoxdur".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Brüsseldə Aİ Şurasının xarici işlər üzrə iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Komanda mərkəzinin yaradılacağı ilə bağlı konsensus əldə etmişik. Məsələ onun nə vaxt reallaşacağıdır. Əminəm ki, Aİ vətəndaşlarının təhlükəsizlik sahəsində birgə işləmək, konkret addımlar atmaqla bağlı müraciətləri eşidiləcək. Sadəcə, bəziləri bunu tez edəcək, bəziləri gec", - M.Rot bildirib.
Xatırladaq ki, bu ilin mart ayında Aİ ölkələrinin xarici işlər nazirləri Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin yaradılmasına razılıq veriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniya-xi-n-ai-nin-herbi-planlasdirma-merkezinin-yaradilmasi-zaman-meselesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR