Bakı-2017: Elnarə Abbasova bürünc medalı təmin etdi

Bakı-2017: Elnarə Abbasova bürünc medalı təmin etdi
14:12 15 May 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova Elnarə Abbasova medal mübarizəsi aparıblar.

Firuzə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 100 kq-ı ram edib. Toplam 180 kq (80+100) nəticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.

Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR