Hadisə hönkür-hünkür ağladı - VİDEO

Hadisə hönkür-hünkür ağladı - VİDEO
14:18 15 May 2017
131 Şou
Ölkə mətbuatı
A- A+

Hadisə İzmirdə faciəvi şəkildə vəfat edən 24 nəfərin xatirəsini yada salaraq göz yaşlarına hakim ola bilməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pop musiqinin sevilən ulduzu analar günündə İzmirdə fanatları ilə görüşüb. Müğənni Muğlada baş verən yol qəzasında həyatını itirən 24 nəfərin yaxınlarına baş sağlığı verən zaman göz yaşlarına boğulub. Analar Günü tədbiri çərçivəsində konsert verməyə hazırlaşan Hadisə baş verən kədərli hadisədən dolayı mahnı oxumaqdan imtina edib.

Tədbir öncəsi mətbuat nümayəndələrilə görüşən müğənni hadisədən çox təsirləndiyini bildirib. Danışmaqda çətinlik çəkən Hadisə açıqlamasına Analar Günü tədbirində iştirak etmək üçün İzmirdən yola çıxan və Muğlada keçirdikləri yol qəzası nəticəsində həyatını itirən 24 nəfərə rəhmət, yaxınlarına baş sağlığı, yaralılara da şəfa diləyib.

Pərəstişkarların qəlbini qırmamaq üçün Hadisə imza paylayaraq, onlarla çoxlu şəkillər çəkdirib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR