İslamiadanın daha bir medalını Azərbaycan gimnastı qazandı

İslamiadanın daha bir medalını Azərbaycan gimnastı qazandı
14:22 15 May 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Bense Talas halqalarda hərəkətlərdə gümüş medal qazanıb. Trend-in məlumatına görə, onun nəticəsi 14.500 xal olub.

Qızıl medalı 15.250 xal nəticə ilə Türkiyə təmsilçisi İbrahim Çolak qazanıb. Bürünc medalı isə 13.850 xal nəticəsi olan İran təmsilçisi Hadi Xanarinrcada qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR