Şimali İrlandiya toplanışa 18 futbolçu çağırıb

Şimali İrlandiya toplanışa 18 futbolçu çağırıb
14:27 15 May 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya yığmasının Azərbaycan millisi ilə iyunun 10-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı öncəsi təlim-məşq toplanışına çağırılmış futbolçuların siyahısı açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  toplanışa hələlik 18 futbolçu dəvət alıb: 
Qapıçılar: Roy Kerroll ("Linfield"), Maykl Makqovern ("Norwich", İngiltərə), Konor Hazard ("Celtic");

Müdafiəçilər: Konor Mitçell ("Burnley", İngiltərə),  Konor Maklaflin ("Fleetwood Town", İngiltərə), Oliver Norvud ("Brighton", İngiltərə), Metti Land ("Rochdale", İngiltərə), , Tom Flanaqan ("Burton Albion", İngiltərə), Rayan Maklaflin ("Oldham Athletic", İngiltərə), Daniel Lafferti ("Sheffield United", İngiltərə)

Yarımmüdafiəçilər: Stüart Dallas ("Leeds", İngiltərə), Ceymi Uord ("Nottingham Forest", İngiltərə), Kollum Kamps ("Rochdale", İngiltərə), Adam Tompson ("Southand United", İngiltərə), 

Hücumçular: Kayl Lafferti ("Norwich City, İngiltərə), Coş Magennis ("Charlton", İngiltərə), Lük Makkallox ("Doncaster Rovers", İngiltərə), Şey Makkartan ("Accrington Stenley", İngiltərə)
 
Siyahıda klublarında oyunları qalan futbolçular yer almayıb. Onlar mayın 29-dan milliyə qoşulacaqlar.   Şimali İrlandiya millisi 22 - 25 mayda İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olduqdan sonra iyunun 2-də Şimali İrlandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla oyun isə mayın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR