Rusiya prezidenti: “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”

Rusiya prezidenti: “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”
14:27 15 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mayın 15-də Çində keçirilən “Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Rusiya lideri terrorçu PKK-nın Suriyadakı qolu “YPG” ilə əməkdaşlığı davam etdimələrində Türkiyənin narahatlığına səbəb görmədiyini də vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN bir müddət əvvəl terrorçu PKK-nı da terroçu saymadığını də bəyan etmişdi. Bu il mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı Rusiya hərbçilərinin terrorçu PYD silahlıları ilə çəkdirdikləri fotoları Putinə təqdim edib. Rusiya lideri Ərdoğana bildirmişdi ki, rusiyalı hərbçilər belə bir prosesdə iştirak edə bilməzlər: “Biz qəti olaraq, PYD və PKK-ya silah vermərik. Ancaq bu fotoları araşdıracağam”. Həmin vaxt Putin Suriyada kürd dövlətinin yaradılmasını müsbət qarşılamadığını da söyləmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidenti-suriyadaki-kurdlerle-emekdasligimizi-davam-etdireceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR