Medallarımız ard-arda gəlir

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Bense Talas halqalarda hərəkətlərdə gümüş medal qazanıb.

Metbuat.az-ın məlumatına görə gimnastımızın qələbə nəticəsi 14.500 xal olub.

Qızıl medalı 15.250 xal nəticə ilə Türkiyə təmsilçisi İbrahim Çolak qazanıb. Bürünc medalı isə 13.850 xal nəticəsi olan İran təmsilçisi Hadi Xanarinrcada qazanıb.

Daha bir gümüş medal gimnastımız Yekaterina Tişkovanın adına yazılıb. Onun qələbə nəticəsi 12.400 xal olub.

Sərdar Məmmədov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR