Niderland mediasıda iş adamları Azərbaycana yatırım qoymağa çağırıldı

Niderland mediasıda iş adamları Azərbaycana yatırım qoymağa çağırıldı
14:37 15 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Niderlandın PZC qəzetində həmyerlimizVüqar Abbasovun rəhbərlik etdiyi, Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının niderlandlı iş adamlarının müraciətinə yer verilib. 

"Zierikzeedəki təşkilat Azərbaycanla əlaqə yaratmaq istəyən iş adamları axtarır" yazı bu başlıqla verilib.

Milli.Az xəbər verir ki, yazıda Niderlandın İqtisadiyyat Naziri Kampin fikirlərinə yer verilib ki, Azərbaycanda niderlandlı iş adamları üçün münbit şərait var, həmçinin texnologiya, turizm, ticarət, idxal-ixrac, kənd təsərrüfatı və s. sahələrdə.

Qeyd olunub ki, 2014-cü ildə Niderland Azərbaycan iqtisadiyyatına Türkiyə və Birləşmiş Krallıqlardan sonra ən çox sərmayə qoymuş üçüncü ölkə olub. "Zierikzeedən olan Vüqar Abbasov və Vim Van Embden" "Connect" təşkilatı vasitəsilə niderlandlı iş adamlarını Azərbaycanla iş qurmağa dəvət edirlər", - deyə daha sonra yazılıb və təşkilatın elektron poçtunun ünvanı və əlaqə telefonu qeyd olunub.

Linklə buradan tanış ola bilərlər: http://www.pzc.nl/schouwen-duiveland/stichting-zierikzee-zoekt-ondernemers-voor-azerbeidzjan~a1eb6da1/

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR