Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlər 2 dəfəyə yaxın azalıb

Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlər 2 dəfəyə yaxın azalıb
14:52 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə iş adamlarına 21 310,7 mln. manat məbləğində güzəştli kredit verilib.
“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,9 dəfə azdır.
Son 1 ildə SKMF-in maliyyələşdirdiyi layihələrin və yaradılacaq yeni iş yerlərinin sayı da azalıb. Belə ki, 2017-ci ilin yanvar-mart aylarında Fond 416 iş yerinin yaradılmasına hesablanmış 103 layihəyə maliyyə dəstəyi verib. Bu rəqəmlər ötən ilin ilk 3 ayında müvafiq olaraq 584 və 321 olub.
Daha bir diqqət çəkən məqam isə SKMF-nin bu il kənd təsərrüfatı məhsullarının emalını nəzərdə tutan layihələrə pul ayırmamasıdır. Fond yalnız aqrar məhsulların istehsalına, eləcə də müxtəlif sənaye məhsullarının istehsalına və emalına güzəştli kredit ayırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-sahibkarlara-verilen-guzestli-kreditler-2-defeye-yaxin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR