4,87 milyon hektar torpaq coğrafi informasiya sisteminə daxil edilib

4,87 milyon hektar torpaq coğrafi informasiya sisteminə daxil edilib
15:01 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

4,87 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Elektron kənd təsərrüfatı” sisteminin proqram təminatı yaradılıb, kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar coğrafi informasiya sisteminə daxil edilib.

Bildirilib ki, ölkədə Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” (İACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddətdə genişmiqyaslı işlər görülüb. Beynəlxalq ekspertləri cəlb etməklə müvafiq proqram təminatının yaradılması işi başa çatdırılıb. 4,87 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaqlar, o cümlədən 1,59 milyon hektar əkin, 104 min hektar çoxillik bağlar, 1,60 milyon hektar otlaq və digər kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar Avropa standartlarına uyğun keyfiyyətdə hazırlanaraq, xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilib.

Eyni zamanda, “Azersky” peykinin təsvirləri əsasında “məsafədən ayırdetmə” texnologiyalarından istifadə etməklə bitki örtüyü, məhsuldarlığın hesablanması, torpağın münbitlik vəziyyəti və s. məsələlərlə bağlı “Azərkosmos” ASC ilə müvafiq işlər aparılır və seçilmiş pilot ərazilərdə testlər həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2754645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR