Azərbaycanlı futbolçu Portuqaliyada tarixə düşdü

Millimizin üzvü, Portuqaliyanın “Sportinq” klubunun B komandasında çıxış edən Budaq Nəsirov qeyri-adi olayla üzləşib.

O, 41-ci turda “Akademika” ilə matçda meydandan kənarda olduğu halda rəqib komandaya penalti qazandırıb.

İsinmə hərəkətləri edən B. Nəsirov top qapı xəttindən çıxarkən topa əli müdaxilə edib. Bu zaman oyunun baş hakimi qaydalara uyğun olaraq “Sportinq”in qapısına penalti təyin edib, Nəsirov isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, B.Nəsirov görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

Əlavə edək ki, sözügedən qarşılaşma "Sportinq" 1:2 hesabı ilə uduzub. //Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR