Rüstəm Orucov: "İslamiadada gümüş medal layiqli mükafatdır" - FOTO

Rüstəm Orucov: "İslamiadada gümüş medal layiqli mükafatdır" - FOTO
15:12 15 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"İdmanda rəqabət inkişaf və gələcək nailiyyətlər üçün çox vacibdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində gümüş medal qazanmış Rüstəm Orucov deyib.

O bildirib ki, qızıl mükafatı qazanmağı çox istəyirdim, amma alınmadı:

"İslamiadada gümüş medal da layiqli mükafatdır. Finalda həmyerlimə uduzduğum üçün heyfslənmirəm. Milli komandada liderliyi geri almaq üçün çalışacağam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR