Son 12 ildə “Aqrolizinq”in xətti ilə 28 mindən çox kənd təsərrüfatı texnikası alınıb

Son 12 ildə “Aqrolizinq”in xətti ilə 28 mindən çox kənd təsərrüfatı texnikası alınıb
15:22 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ “Aqrolizinq” ASC-nin xətti ilə 2005-2016-cı illərdə ümumilikdə 28 082 kənd təsərrüfatı texnikası, o cümlədən 1 869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8 636 traktor və 17 483 digər texnika alınaraq, istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilib və ya lizinq yolu ilə sahibkarlara satılıb.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
"Aqrolizinq ASC-nin fəaliyyət göstərdiyi 12 illik dövrdə alınan kənd təsərrüfatı texnikasının 40%-i, o cümlədən taxılyığan kombaynların 36,2%-i, pambıqyığan kombaynların 100%-i, traktorların 42%-i və digər texnikanın 39%-i 2014-2016-cı illərin payına düşüb.
Həmçinin, 2016-cı ildə gübrə və pestisidlərdən istifadənin səviyyəsi 2013-cü illə müqayisədə təqribən 2 dəfə artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/son-12-ilde-aqrolizinq-asc-nin-xetti-ile-28-minden-cox-kend-teserrufati-texnikasi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR