"Baku Network" Ekspert Şurası ilə Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

"Baku Network" Ekspert Şurası ilə Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO
15:32 15 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Baku International Policy and Security Network" Ekspert Şurası ilə Rusiyanın Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq barədə saziş imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sazişi Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin və "Baku International Policy and Security Network"un direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov imzalayıblar.

Tədbir görkəmli rus alim-türkoloqu, qədim türklərin tarixi, onların müasir rus xalqının etnogenezinə təsiri barədə çoxsaylı elmi işlərin müəllifi Lev Qumilyovun 105 illiyi münasibətilə keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR