Almaniyada zavodda partlayış zamanı 5 nəfər xəsarət alıb

Almaniyada zavodda partlayış zamanı 5 nəfər xəsarət alıb
15:37 15 May 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Almaniyada Bavariya federal torpağında yerləşən Eltmann şəhərində zavodda baş verən partlayış zamanı 5 nəfər ciddi yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə avtomobil hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən "Schaeffler KG" şirkətinin zavodunda baş verib.
Təqribən 200 nəfər təxliyyə edilib.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Olayın detalları araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-zavodda-partlayis-zamani-5-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR