Elmar Qasımov: "Ötən il Elxan Məmmədovu qabaqlamışdım"

Elmar Qasımov: "Ötən il Elxan Məmmədovu qabaqlamışdım"
15:37 15 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ “Bərabər mübarizə gedirdi. Sadəcə olaraq, döşəyin qırağı yaş idi, ayağım sürüşdü. Sonra da xəbərdarlıq aldım”.
“Report”un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəki dərəcəsində gümüş medal qazanan cüdoçu Elmar Qasımov deyib.
Finalda digər Azərbaycan cüdoçusu Elxan Məmmədova uduzan 27 yaşlı idmançı bildirib ki, hədəfi Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. O, “Rio-2016”da final görüşündə uduzduqdan sonra qarşısına belə bir məqsəd qoyduğunu deyib: “Bu il həm də dünya çempionatında qalib gəlmək istəyirəm. İslamiadada mənim üçün əsas olan Azərbaycan bayrağının yüksəklikdə dalğalanması idi”.
O, 100 kq çəki dərəcəsində komanda yoldaşı E.Məmmədovla aralarındakı rəqabətə də toxunub: “2013-ci ildən Elxan Məmmədovla eyni çəkidəyik. Ötən il onu qabaqlayıb, olimpiyadaya getmişdim. Rəqibin kimliyinin mənim üçün fərqi yoxdur”.
Qeyd edək ki, Elmar Qasımov 2016-cı il Rio-de-Janeyra Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, “Bakı 2016” I Avropa oyunlarında uğursuz çıxış edərək, 1/6 finalda uduzub.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/elmar-qasimov-oten-il-elxan-memmedovu-qabaqlamisdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR