Arvadına 7 milyonluq ada hədiyyə edəcək - FOTO

Arvadına 7 milyonluq ada hədiyyə edəcək - FOTO
15:37 15 May 2017
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemlə xanımı Viktoriyanın nikahlarının 20 illik yubileyi il yarım sonra olacaq.

Milli.Az bildirir ki, 42 yaşlı Devid bu münasibətlə xanımına, dizayner və iş adamı, 43 yaşlı Viktoriyaya Karib dənizində ada hədiyyə etməyə hazırlaşır.

Ada üçün Devid Bekhem 7 milyon funt-sterlinq ödəmək niyyətindədir.

Adada böyük malikanə, qonaqlar üçün ev, habelə xidmətçilər üçün 5 kottecdən ibarət yaşayış korpusu inşa ediləcək.

Kurort adası Nassau arxipelaqındakı Cənubi Berri adalar qrupundakı Börd Keydir. Ümumi sahəsi 261 hektar olan adada 5,2 kilometr uzunluğunda çimərlik var.

Devid və Viktoriya Bekhemlər 1999-cu ilin iyun ayında evləniblər. Toy İrlandiyadakı Lattrelostoun qəsrində olub.

Onların Bruklin, Romeo və Kruz adlı üç oğlu, Harper adlı qızları var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR