Bakıda çayxana yandı

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb.

Metbuat.az-a FHN-dən verilən məlumata görə paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m2 olan çay evinin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR