DİQQƏT: Satışdakı çiyələklər zəhərlidir?

Son zamanlarda iriliyi və gözəl görünüşü ilə piştaxtaları bəzəyən çiyələklərə çox yerdə rast gəlirik. Bəs, vaxtından əvvəl satışa çıxarılan, görüntüsü ilə iştah açan çiyələklərin orqanizmə zərəri var?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında deyib: “Bizdə olan məlumata görə, xaricdən, xüsusilə, İsraildən gətirilmiş çiyələklər Genetik Modifikasiya Olunmuş meyvələrdir. Vaxtından əvvəl çıxan çiyələklərin tərkibində nəinki GMO, eləcə də onlara verilmiş gübrələrin komponentləri var. Çox təəssüf ki, Azərbaycanda belə məhsullar satılır”.

AİB sədri əlavə edib ki, çiyələk alanda yumşaq, kiçik ölçülülərə üstünlük verin. Bir gün qalanda xarab olan, kəsəndə tərkibində toxumu görünməyən çiyələklərin geni modifikasiya olunma ehtimalı çox böyükdür.

Vaxtından əvvəl çıxan çiyələk sağlamlığa zərərlidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Metbuat.az-a açıqlamasında “meyvə-tərəvəzin böyük əksəriyyəti istixanalarda yetişdirilir. Bu torpaqda məhsulların yetişməsi üçün əlavə süni qida maddələrinə (gübrə) ehtiyac olur. Əslində müəyyən bioloji stimulyatorların və gübrələrin meyvə-tərəvəzləri müəyyən ölçülərə qədər böyütməsi təsadüfi deyil”- deyib.

Həkim deyib ki, bu meyvələr ekoloji tarazlığın və prinsiplərin pozulması ilə vaxtından əvvəl yetişdirilən meyvələrdir. “Hər meyvə öz vaxtında yetişdirilməlidir. Ümumiyyətlə, tövsiyə olunur ki, insanlar nəfsini qoruyub hər meyvəni öz vaxtında, yetişdiyi ayda yesin. Əks halda bədəndə səpkilərlə, məxmərə ilə müşahidə olunan allergik reaksiyalar, zəhərlənmələr baş verir”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR