Ermənistan Azərbaycana qarşı İŞİD-lə İTTİFAQ QURUR: kəşfiyyat planı üzə çıxdı

Ermənistan Azərbaycana qarşı İŞİD-lə İTTİFAQ QURUR: kəşfiyyat planı üzə çıxdı
15:48 15 May 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda birinci diversiya-kəşfiyyat dəstəsini komandiri Vova Vartanov ağılsızcasına Azərbaycanı yox etmək çağırışı edib. Ən maraqlısı isə o, bunun üçün Hitler kimi davranmağı və İŞİD-lə ittifaqa girmək təklifini irəli sürüb.

Publika.az
xəbər verir ki, erməni təxribatçı Azərbaycan Ordusunun güclü və silah arsenalının zəngin olduğunu etiraf edib: “Silahlanma bizdə həmişə pis olub. Azərbaycanın özü də zəngin ölkədir, ümumiyyətlə, türklər həmişə varlı olub. Mən Azərbaycanı yox etməyi təklif edirəm. Bunun üçün biz cəmiyyəti və ordunu hazırlamalı, 99 faiz erməni Azərbaycan dilini öyrənməlidir. Mən ən uğurlu təcavüzün nümunəsi kimi Çexoslovakiyanı və Avstriyanı işğal edən Hitlerin təcrübəsini göstərə bilərəm. Əsas silahlanma beyinlərdə aparılmalıdır. Türklər həmişə yaxşı döyüşçü olublar, lakin bizim qaçmağa yerimiz yoxdur”.

Vova Vartanov həmçinin, Ermənistanın Azərbaycana qarşı İŞİD-lə ittifaqa girməsini təklif edir.

“Rusiya Ermənistanın saxta tərəfdaşıdır. Bizə həqiqi müttəfiq lazımdır. İŞİD Azərbaycana qarşı bizimlə həqiqi müttəfiq ola bilər”, - deyə erməni təxribatçı bildirib.

Təbii ki, erməni təxribatçının fikirləri təhlükəli olduğu qədər gülməlidir də. Lakin bu fikirlər düşmənin əsl niyyətinin nə olduğunu aydınlaşırmaq baxımından da əhəmiyyətlidir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR