İlkin Həsəni "Bozbash pictures"dən getdi?

İlkin Həsəni "Bozbash pictures"dən getdi?
15:52 15 May 2017
203 Şou
Ölkə mətbuatı
A- A+

Artıq son bir neçə həftədir ki, "Bozbash pictures"in yayımlanan bölümlərində Şəmi obrazını canlandıran İlkin Həsəninin rol almaması diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun layihədən uzaqlaşması haqda söz-söhbətlər yayılıb.

İ.Həsəni məsələyə aydınlıq gətirib. O bildirib ki, buna səbəb başının toya qarışması olub:

"Bölümlərimiz əvvəlcədən çəkilir və sonra efirə verilir. Bir neçə həftədir efirə gedən bölümlər mənim toya hazırlaşdığım vaxtlarda çəkilib. Ona görə də həmin çəkilişlərdə yer ala bilməmişəm. Artıq bu gündən yeni bölümləri çəkirik və mən də orada rol alıram".

İ.Həsəni yeni film üzərində çalışdıqlarını da deyib:

"Bir neçə gündür komandamız bu məsələni müzakirə edir. Bu yay da yeni film çəkməyi düşünürük. Tam fərqli bir ekran işi təqdim edəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR