Rusiya kürdlərə silah verirmi? - Putindən AÇIQLAMA

Rusiya kürdlərə silah verirmi? - Putindən AÇIQLAMA
16:03 15 May 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya Suriyadakı kürdlərə silah göndərmir".

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Çinə səfər zamanı mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.

“Rusiya Suriyadakı kürdlərə silah göndərməyib. Buna görə də Türkiyənin narahatlığına əsas yaradacaq bir vəziyyət yoxdur”, - dövlət başçısı deyib.

Suriyadakı kürd qruplarla iş səviyyəsində təmaslarını saxlayacaqlarını söyləyən Putin qeyd edib ki, bu, Türkiyədə narahatlıq yaratmamalıdır.

“Başqa ölkələrdən fərqli olaraq kürd qruplara silah göndərmirik. Onların da bizim göndərəcəyimiz silahlara xüsusi ehtiyacı yoxdur. Çünki silah alacaq başqa mənbələri var. Bu mövzunu Türkiyə prezidenti ilə Soçidə danışdıq. O, bu mövzudakı narahatlığını izah etdi”, - o vurğulayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR