Yeni mobil telefon satışa çıxdı

Minimalist dizaynı və sadə interfeysi ilə diqqət çəkən “Light Phone” adlı telefon modeli istifadəçilərə təqdim edilib.

Metbuat.az xəbər verir ki, bu telefonla yalnız zəng edə bilərsiniz. Mesaj və elektron məktub göndərmək mümkün deyil. 9 adamın nömrəsini qeyd edə biləcəyiniz telefon microUSB ilə enerji yığır. Telefona tək SİM kart gedir. Telefonun ağrılığı 38.5 qramdır. 2-4 gün arası gözləmə və 45-90 dəqiqə danışmaq müddəti təqdim edən telefon 2G ilə danışıqları dəstəkləyir.

Telefon ABŞ-da istifadəçilərə təqdim edilib. Digər ölkələrdə satılıb-satılmayacağı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, telefonun 3 min dollar qiyməti var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR