“AzInTelecom” və "Bakı Abadlıq Xidməti” əməkdaşlıqla bağlı müqavilə imzalanıb

“AzInTelecom” və  "Bakı Abadlıq Xidməti” əməkdaşlıqla bağlı müqavilə imzalanıb
16:15 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC "Bakı Abadlıq Xidməti” MMC ilə əməkdaşlığa başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “AzInTelecom”un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həlləri sayəsində "Bakı Abadlıq Xidməti” MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.

Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.

İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan "Bakı Abadlıq Xidməti”nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.

Məlumat üçün bildirək ki, "Bakı Abadlıq Xidməti” məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və bulud üzərindən data xidmətlərinin təqdim edilməsindən ibarətdir.

Trafikin analizi xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan yüksək keyfiyyətli beynəlxalq telekommunikasiya xidmətlərinin alternativliyi təmin edilir, daha həcmli və müasir xidmətlər təqdim edilir. Trafik analizinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, IP əsaslı daxili səs kanallarının təşkilini və bütün birbaşa istiqamətlərdə alternativ arabağlantını təmin edir.

Sertifikatlaşdırma xidmətləri telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına imkan verir.

“İnfrastruktur xidmət kimi” (İaaS) xidmətləri ISO 20000 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış Regional Data Mərkəzi vasitəsilə yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2754694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR