İranda prezidentliyə namizədlərdən biri seçkidən digərinin xeyrinə çəkilib

İranda prezidentliyə namizədlərdən biri seçkidən digərinin xeyrinə çəkilib
16:17 15 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Mayın 19-da İranda keçiriləcək prezident seçkisində iştirak edən Tehran şəhər bələdiyyəsinin sədri Məhəmmədbağır Qalibaf namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürüb.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, o, yazdığı açıqlamada inqilab cəbhəsini və dəyərələrini qorumaq üçün namizədliyini Rəisinin xeyrinə geri götürdüyünü bildirib. 
Bununla da seçkidə iştirak edən namizədlərin sayı 5-ə enib.
Qeyd edək ki, İmam Rza Fondunun indiki sədri İbrahim Rəisi ayətullah Xomeyninin dövründə hakimiyyətə müxalifətdə olanları cəzalandıran komitənin azsaylı üzvlərindən biri sayılır. O, dünya ictimaiyyəti üçün yeni fiqur kimi görünür. İ.Rəisi hakimiyyətdaxili mühafizəkar xəttin ən əsas namizədidir. Sərt xətt tərəfdarı olan keçmiş komitə üzvü ABŞ-a münasibətdə deyib: “Amerikalılar İrandan qorxur. Ən düzü budur. Biz geri çəkilməməliyik. Onları geri çəkilməyə məcbur etməliyik”. İ.Rəisi prezidentliyə namizəd olandan sonra bildirib ki, İsrail istisna olmaqla, bütün dövlətlərlə əlaqə saxlamağın tərəfdarıdır. Onu keçmiş fəaliyyətinə görə həm də islahatçılar və cəmiyyət üçün daha sərt namizəd olaraq göstəriblər. Başqa sözlə, islahatçıların nümayəndəsinin dəstəklənməsi üçün İ.Rəisi alternativ təzyiq vasitəsi olaraq təqdim edilə bilər. 
Xatırladaq ki, İ.Rəisi 1960-cı il dekabrın 14-də Məşhədin Noqan rayonunda anadan olub. O, 5 yaşında ikən atasını itirib, 15 yaşı olanda isə Qumdakı dini məktəbə daxil olub. Şəhid Mütəhhəri adına Universitetində İslam hüququnun əsasları üzrə doktorluq müdafiə edib. Məhəmməd Qalibaf artıq ikinci dəfədir prezidentliyə namizəd olur. O da İ.Rəisi kimi güc strukturlarının təmsilçisidir. 1961-ci il sentyabrın 23-də Məşhəddə kürd-fars ailəsində anadan olub. İnqilab Keşikçiləri Qvardiyasının xüsusi təyinatlılar dəstəsində qulluq edib. 1999-cu ildə İranın polis rəisi olub. 2005-ci il avqustun 5-dən Tehranın meridir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-prezidentliye-namizedlerden-biri-seckiden-digerinin-xeyrine-cekilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR