Angela Merkel: "Almaniya qoşunlarını Türkiyənin "İncirlik" bazasından İordaniyaya apara bilər"

Angela Merkel: "Almaniya qoşunlarını Türkiyənin "İncirlik" bazasından İordaniyaya apara bilər"
16:22 15 May 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.
"Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - A.Merkel vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/angela-merkel-almaniya-qosunlarini-turkiyenin-i-ncirlik-bazasindan-i-ordaniyaya-apara-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR