Ötən ay 1547 əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərini pozub

Ötən ay 1547 əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərini pozub
16:37 15 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Aprel ayı ərzində 1547 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Dövlət Miqrasiya Xidmətindən "Report"a verilən məlumata görə, onlardan 18-nin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 179 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 919, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 431 şəxs barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8 194 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 46 574 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində maarifləndirmə tədbirləri davam etdirilib, o cümlədən səyyar xidmət göstərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oten-ay-1547-ecnebi-azerbaycan-qanunvericiliyinin-teleblerini-pozub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR