Gürcüstan teatrı Bakıya gəlir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi barədə apardığı danışıqlar və razılaşma əsasında imzalanmış “Qarşılıqlı qastrol səfərləri” haqqında müvafiq müqavilələrə əsasən, ADGTT-nın cari ilin 19-30 aprel tarixlərində Gürcüstan, Şimali Osetiya və Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Pərvinin “Dəcəl keçi” tamaşası ilə 10 gün müddətində qastrol səfərində olub.

Metbuat.az xəbər verir ki, Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı may ayının 19-22 tarixlərində Bakıda – ADGTT-nın qonağı olaraq L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşası ilə məktəbli dostlarımızı və şəhərimizin qonaqlarını sevindirəcəklər.

Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.

Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.

Səfər çərçivəsində ADGTT-nın əməkdaşları tərəfindən qonaqların şəhərimizin görməli yerləri – muzeylərlə, teatrlarla, yeni qurulmuş Su İdman Kompleksi, İçərişəhər və Milli Parkla tanışlıqlarını təmin etmək üçün mədəni proqram da nəzərdə tutulub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR